POLİQON “ARMS FOR PEACE” beynəlxalq mükafatı ilə təltif olunub

POLİQON “ARMS FOR PEACE” beynəlxalq mükafatı ilə təltif olunub

Azərbaycanın ilk və yeganə hərb-texnoloji jurnalı olan POLİQON jurnalı media sahəsində fərqləndiyinə görə, Pakistanın Müdafiə İstehsal Nazirliyi tərəfindən təsis edilən “ARMS FOR PEACE” (“SÜLH ÜÇÜN SİLAH”) beynəlxalq mükafatı ilə təltif olunub.

“Poliqon” xəbər verir ki, ARMS FOR PEACE beynəlxalq mükafatı Pakistanın DEPO Müdafiə İxracının Təşviqi Təşkilatının (Defence Export Promotion Organization) daxili və xarici sərgi direktor müavini Raja Xayam Aşfaq tərəfindən POLİQON jurnalının baş redaktoru Zaur Babaşova təqdim edilib.

POLİQON jurnalı iki ildən bir Pakistanda keçirilən IDEAS Beynəlxalq Müdafiə Sərgisi və Seminarının 10 ilə yaxındır Rəsmi Media Tərəfdaşıdır.

IDEAS-2022 sərgisində POLİQON jurnalı öz stendi ilə təmsil olunub və yerli və xarici nümayəndələr arasında jurnalın yayımını edib. POLİQON stendini ziyarət edənlərə jurnalın fəaliyyət istiqamətləri haqqında məlumat verilib.

Qeyd edək ki, POLİQON jurnalının yeni sayı əsasən IDEAS-2022 sərgisinə həsr olunacaq. Burada 32 ölkədən 300-ə yaxın eksponentin nümayiş etdirdiyi ən son və innovativ məhsullar və bir sıra vacib müqavilələrdən bəhs olunacaq.

Onu da qeyd edək ki, POLİQON jurnalının 2023-cü ildə sıradan buraxılışları ilə yanaşı 09-12 may tarixlərində Türkiyənin paytaxtı İstanbul şəhərində keçiriləcək IDEF-2023 Beynəlxalq Müdafiə Sərgisində ingilis dilində, həmin ilin 07-10 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2023 Beynəlxalq Müdafiə Sərgisində rus dilində Xüsusi Buraxılışları yayımlanacaq.

MRS3414 scaled e1668954588794

CATEGORIES
TAGS