“Poliqon”/ “AzeriDefence” jurnalının 4 (60) 2022 sayı

“Poliqon”/ “AzeriDefence” jurnalının 4 (60) 2022 sayı

“Poliqon”/ “AzeriDefence” hərbi-texnoloji jurnalının İyul-Avqust 2022-ci il tarixli 4 (60) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız əsasən Azərbaycan Sərhəd Mühafizəsinin 103 illiyinə həsr olunan “Poliqon” jurnalının budəfəki səhifələrində həmçinin Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

“Poliqon” jurnalının yeni sayında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə müsahibə, “Sahil raket komplekslərinin inkişafına baxış”, “Türkiyənin ALTAY tank proqramı”, “PUA-ların ağıllı mini sursatları”, “Qlobal hərbi nəqliyyat təyyarələri bazarına baxış”, “Ölkənin çəkindirici gücü – əməliyyat-taktiki raket kompleksləri” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES
TAGS