POLİQON hərbi-kosmik texnoloji jurnalının 1 (69) 2024 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 1 (69) 2024 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının yanvar-fevral 2024-cü il tarixli 1 (69) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Komandanının müavini – aviasiya rəisi general-mayor Zaur Rüstəmovla müsahibə, “World Defense Show 2024” sərgisində nümayiş etdirilən müasir texnoloji həllər barəsində ətraflı məlumatlar, “Prezident İlham Əliyev HHQ‑nin hərbi obyektlərində olub”, “Azərbaycan Hərbi Hava Qüvvələri aviasiya parkını gücləndirir”, “Mobil Hava Hərəkətini İdarəetmə qüllələri”, “Cənubi Qafqaz və Mərkəzi Asiya regionu dövlətlərinin artilleriya silahlanması – II HİSSƏ”, “Səyyar körpü sistemləri”, “Azərbaycan Ordusunun komandoları Çin istehsalı dronlardan istifadə edir”, “Serbiya prezidenti “Nora” B52 ÖAQ‑ların Azərbaycana satıldığını təsdiqləyib”, “Azərbaycan ilə Qazaxıstan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-kosmik texnoloji jurnalının yeni sayının elektron versiyası

CATEGORIES
TAGS