POLİQON hərbi-kosmik texnoloji jurnalının 3 (77) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 3 (77) 2025 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının iyun-iyul 2025-ci il tarixli 3-cü (77) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un “Azərbaycan Quru Qoşunları: Qələbədən sonra inkişafın yeni mərhələsi”, “DSX-nin fəaliyyətinə texnoloji baxış: sərhəd mühafizəsində müasir yanaşmalar və əməliyyat çevikliyi”, “Avtomatik Minaatan Sistemləri”, “Müasir dəniz əməliyyatlarında ASELSAN imzalı yeniliklər: İDA və SİDA sistemləri”, “Döyüş meydanının yeni oyunçusu: ”KarguFPV” dronu”, “Beynəlxalq hərbi texnika və silah sərgilərinin zirehli döyüş texnikalarının inkişafında və satışında rolu: müasir meyillər və perspektivlər – II HİSSƏ”, “Yeni Nəsil Reaktiv Qumbaraatanlar”, “Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq birgə təlimlərdə artan rolu”, “İsrail və İran arasındakı son müharibədə İsrail HHM-inin fəaliyyəti”, ““Indo Defence-2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi və Forumu”, ““Poliqon” jurnalının yaranmasından 13 il ötür” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES
TAGS