POLİQON hərbi-kosmik texnoloji jurnalının 6 (74) 2024 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının 6 (74) 2024 sayı

POLİQON hərbi-kosmik texnoloji jurnalının dekabr 2024-cü il tarixli 6 (74) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında “IDEAS-2024: Müdafi̇ə sənayesi̇ni̇n Cənubi̇ Asi̇ya görüşü”, ““Roketsan” Pakistanda həyata keçirdiyi raket layihlərində uğurlu nəticələr əldə edib”, “Döyüş təyyarələri üçün inkişaf etdirilən AESA radarları”, “ASELSAN HERİKKS, KALKAN və KORKUT sistemləri ilə hava hücumundan müdafiədə fərq yaradır”, “Türkiyə müdafiə sənayesinin aviasiya layihələri”, “Qazaxıstan Silahlı Qüvvələrinin yeni alınan texnika və silah sistemləri”, “Qırıcılar üçün “hava-hava” si̇ni̇f raketlər”, “Media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təqdim olunub”, “STM Portuqaliya HDQ üçün logistika dəstək gəmiləri inşa edəcək” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-kosmik texnoloji jurnalının yeni sayının elektron versiyası: https://heyzine.com/flip-book/c76e65e7a7.html

 

CATEGORIES
TAGS