POLİQON hərbi-texnoloji jurnalının 1 (63) 2023 sayı

POLİQON hərbi-texnoloji jurnalının 1 (63) 2023 sayı

POLİQON hərbi-texnoloji jurnalının yanvar-fevral 2023-cü il tarixli 1 (63) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız əsasən, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yaradılmasının ildönümünə və Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş IDEX-2023 və NAVDEX-2023 sərgilərinin dəyərləndirilməsinə həsr olunan POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasovla və  “Otokar” şirkətinin baş direktoru Sərdar Görgüclə müsahibə, IDEX-2023 və NAVDEX-2023 sərgilərində nümayiş etdirilən müasir texnoloji həllər, silah və texnikalar barəsində ətraflı məlumatlar, habelə “HAVELSAN Azərbaycan Ordusunun ehtiyaclarına uyğun proqram təminatları üzərində çalışır”, “FNSS “Samur” səyyar üzən hücum körpüsünü Azərbaycana tədarük edə bilər”, ““ASSAN Group” Azərbaycanda silah-sursat istehsalı üçün investisiya yatırımı edəcək”, ““ARES Tərsanəsi” Azərbaycanda insansız patrul katerlərinin təqdimatını keçirib”, “Yedəyə alınan haubitsalar”, “Yüksək sürətli və çoxməqsədli katerlər” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

https://anyflip.com/syaer/nnxx

CATEGORIES