POLİQON hərbi-texnoloji jurnalının 3 (65) 2023 sayı

POLİQON hərbi-texnoloji jurnalının 3 (65) 2023 sayı

POLİQON hərbi-texnoloji jurnalının may-iyun 2023-cü il tarixli 3 (65) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə müsahibə, Şərqi Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri kimi qəbul olunan – MILEX-də nümayiş etdirilən müasir texnoloji həllər, silah və texnikalar barəsində ətraflı məlumatlar, habelə “Azərbaycan Silahlı Qüvvələri 105 il”, “AzTU ilə “Cyberpoint” arasında memorandum imzalanıb”,  “Aviasiya vasitələri üçün yeni nəsil qanadlı raketlər”, “Azərbaycan HHQ-nin yeni Mərkəzi Komanda Məntəqəsi – Egeydən Xəzərə qədər hava məkanına birgə nəzarət HAKİM olacaq”, “Azərbaycan C‑27J “Spartan” hərbi nəqliyyat təyyarələri alır”, “IDEF-2023 Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə sayılı günlər qaldı”, “Hədəfləmə pod sistemləri” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

POLİQON hərbi-texnoloji jurnalının yeni sayının elektron versiyası

CATEGORIES