POLİQON jurnalının 6 (62) 2022 sayı

POLİQON jurnalının 6 (62) 2022 sayı

POLİQON hərbi-texnoloji jurnalının noyabr-dekabr 2022-ci il tarixli 6 (62) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız əsasən, qardaş ölkə Pakistanda keçirilmiş 11-ci IDEAS Beynəlxalq Müdafiə Sərgisi və Seminarının dəyərləndirilməsinə həsr olunan POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərindən xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında IDEAS-2022 sərgisində nümayiş etdirilən müasir texnoloji həllər, silah və texnikalar barəsində ətraflı məlumatlar, habelə Pakistanın SHIBLI və Türkiyənin ROKETSAN şirkətlərinin rəhbərliyindən müsahibə, “Yeni nəsil Multi-INT missiya uğuruna gedən yolu işıqlandırır”, “ASELSAN Azərbaycanda yeni rabitə vasitələrini birlikdə istehsal edə bilər”, “SDT Azərbaycan və Pakistanla mudafiə sənayesi sahəsindəki birliyi gucləndirmək istəyir”, ““Koç Savunma” sistemləri Azərbaycanın ehtiyaclarını qarşılmağa hazırdır”, “Region olkələrinin hərbi helikopter parkı: mövcud vəziyyət və inkişaf planları” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərmətbuatyayım” ASC, “Kaspi Mətbuat Yayım” MMC, “Səma Mətbuat Yayım” MMC, “Azərpoçt”, “Qaya Mətbuat Yayım” MMC, “Ziya LTD” və “İnterpress” mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

CATEGORIES
TAGS