JurnalXəbərlər

POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının 3 (83) 2026 sayı

POLİQON müdafiə və aerokosmik texnologiyalar jurnalının may-iyun 2026-ci il tarixli 3-cü (83) sayının yayımı başlanıb.

Dəyərli oxucularımız POLİQON jurnalının budəfəki səhifələrində Azərbaycan, region və dünya hərbi sənayesinin yeniliklərində xəbərdar olacaqlar.

POLİQON-un yeni sayında MKE və ASFAT şirkətlərinin nümayəndələri ilə müsahibələr, SAHA 2026 sərgisində nümayiş etdirilən məhsullar, keçirilən görüşlər, imzalanan müqavilələrlə bağlı reportaj və məlumatlar, o cümlədən “Azərbaycan Silahlı Qüvvələri: 108 illik inkişaf yolu, güc və Zəfər”, “DSX-nin inkişaf strategiyası: peşəkar sərhədçi hazırlığı və müasir infrastruktur”, “EFES-2026: Müasir döyüş konsepsiyalarınınmvə milli müdafiə sənayesinin güc nümayişi”, “Sahil mühafizəsində müasir texnologiyaların rolu: radar, PUA və peyk sistemləri – II HİSSƏ”, “Çoxqatlı hava nəzarəti üçün inteqrasiya edilmiş radar arxitekturası”, “ADEX: Regionun müdafiə sənayesinin nüfuzlu platforması”, “Qlobal nüvə təhlükəsizliyi: modernləşən arsenallar və artan strateji risklər”, “Müasir hərbi sistemlərdə kibertəhlükəsizliyin rolu və inkişaf perspektivləri”, “Ermənistan Ordusunun transformasiyası: 28 May paradının təhlili” və digər başlıqlı yazılar yer alıb.

Jurnalımıza “Azərpoçt Mətbuat Yayımı” MMC, “Azərmətbuatyayım” ASC, “Səma Mətbuat Yayım” MMC, “Ziya LTD” MMC, “BAKMƏTBUAT” MMC, “Pressinform”, “Qaya Mətbuat Yayım” MMC və “Kaspi Mətbuat Yayım” MMC mətbuat yayım şirkətləri vasitəsi ilə, yaxud redaksiyanın özü ilə birbaşa müqavilə bağlamaqla abunə ola bilərsiniz.

Back to top button