Polkovnik Zəfər Əliyev: Azərbaycan istehsalı olan silahlar Daxili Qoşunlar tərəfindən səmərəli istifadə olunur
Daxili Qoşunların arsenalında xaricdən alınan silahlarla yanaşı, yerli müəssisələrdə istehsal olunan silah və digər avadanlıqlar yer alır.
Bu barədə Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində bildirib.
Polkovnik Zəfər Əliyev vurğulayıb ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən istehsal olunan tapançalar, avtomat silahları, əl pulemyotları, qumbaraatanlar, minaatanlar, optik cihazlar və döyüş sursatları Daxili Qoşunların şəxsi heyəti tərəfindən mütəmadi olaraq döyüş tapşırıqlarının yerinə yetirilməsində səmərəli istifadə olunur və müsbət qarşılanır.
CATEGORIES Xəbərlər