RegionAselsanXəbərlər

Polşa Prezidenti ASELSAN şirkətini ziyarət edib

Polşa Prezidenti Karol Navrotski Türkiyəyə rəsmi səfəri çərçivəsində müdafiə sahəsində aparıcı istehsalçılardan biri olan ASELSAN şirkətini ziyarət edib.

Bu barədə “Poliqon” Polşa Prezidentinin rəsmi saytına istinadən xəbər verib.

Ziyarət zamanı Prezident K.Navrotski və onu müşayiət edən nümayəndə heyəti ASELSAN-ın başda elektron müharibə həlləri olmaqla radar, hava hücumundan müdafiə, rabitə və elektro-optik texnologiyaları barədə ətraflı məlumat alıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Polşa Silahlanma Agentliyi və ASELSAN arasında elektron müharibə sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən, sözügedən sistemlərin tədarükü 2035-ci ilə qədər həyata keçiriləcək.

Back to top button