
Polşa Silahlı Qüvvələrinin tank sursatı ehtiyatı artırılır
“Mesko S.A.” şirkəti Polşa Silahlı Qüvvələrinə tanklar üçün 120 mm-lik APFSDS-T mərmiləri tədarük edəcək.
“Poliqon” “Mesko S.A.”ya istinadən xəbər verir ki, bununla bağlı şirkət və Polşanın Silahlanma Agentliyi arasında 150 milyon PLN (40.1 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.
Qeyd olunan döyüş sursatlarının 2026-2027-ci illər ərzində təhvil verilməsi nəzərdə tutulub.
Polşa Silahlı Qüvvələrinin arsenalında olan tanklar üçün nəzərdə tutulan “Mesko S.A.” istehsalı APFSDS-T mərmiləri bir neçə kilometr uzaq məsafədəki zirehli hədəflərin məhv edilməsi üçün istifadə olunur. Mərminin kütləsi təxminən 7.3 kq, lülədən çıxış sürəti isə 1670 m/s təşkil edir.