
Polşa tezliklə Cənubi Koreyadan əlavə K2 “Black Panther” tankı alacaq
Polşa Milli Müdafiə Nazirliyi Cənubi Koreyanın “Hyundai Rotem” şirkətindən əlavə K2 “Black Panther” tankı alacaq.
“Poliqon” Polşa Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əlavə tankların alınması ilə bağlı müqavilə yaxın zamanlarda imzalanacaq.
Bildirilib ki, müqavilə 180 ədəd K2 tankının və 80 ədəd müşayiət edən texnikanın tədarükünü, eyni zamanda bu vaxta qədər K2 tanklarına dair heç bir razılaşmada yer almayan tam paketi əhatə edəcək.
Bu il imzalanacaq yeni müqavilə çərçivəsində ilk 30 tank 2026-cı ildə Polşaya təhvil veriləcək.
Xatırladaq ki, 2022-ci ilin avqust ayında Polşa Silahlanma Agentliyi və “Hyundai Rotem” şirkəti arasında 180 ədəd K2 tankının tədarükünü nəzərdə tutan 3.37 milyard ABŞ dolları dəyrindəki ilk müqavilə imzalanıb. 2022-2025-ci illəri əhatə edən bu müqavilə çərçivəsində hazırda K2 tanklarının Polşaya tədarükü davam edir. İlk müqavilənin şərtlərinə uyğun olaraq, cari ilin sonuna qədər K2-lərin Polşaya çatdırılması tamamlanacaq.