![Polşanın növbəti il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb Polşanın növbəti il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb](https://poliqon.az/wp-content/uploads/2023/08/F3pMvQdWUAAhPRi-e1692884000717.jpg)
Polşanın növbəti il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb
Polşanın 2024-cü il il üçün müdafiə və təhlükəsizlik büdcəsi açıqlanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “X” (Twitter) hesabında paylaşım edib.
O bildirib ki, gələn il Polşanın müdafiə və təhlükəsizlik büdcəsi 158 milyard PLN (38.2 milyard ABŞ dolları) təşkil edəcək: “Biz bunu Polşa Silahlı Qüvvələrinin daha da modernləşdirilməsinə, hərbçilərin sayının artırılmasına və yeni hissələrin yaradılmasına sərf edəcəyik”.