Prezident İlham Əliyev: Birgə hərbi təlimlər silahlı qüvvələrimizin potensialını gücləndirib

Prezident İlham Əliyev: Birgə hərbi təlimlər silahlı qüvvələrimizin potensialını gücləndirib

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə bildirib.

“Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.

Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

CATEGORIES
TAGS