
Hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir.
“AzeriDefence”nin məlumatına görə, bunu Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezidenti İlham Əliyev bu il Türkiyə ilə birgə 3 dəfə hərbi təlimlər keçirildiyini xatırladıb: “Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımızı gücləndirən amildir”.
Dövlət başçısı hərbi texniki sahədə də Türkiyə və Azərbaycan əməkdaşlığının davam etdiyini bəyan edib: “Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq”.



