Prezident İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib

Prezident İlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da İsrailin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib.

“Poliqon” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulanıb.

Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək Azərbaycanın İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş