
Müdafiə Nazirliyinin rəhbər heyəti “Qarabağ” ordeni ilə təltif olunub.
“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Qarabağ” ordeni ilə təltif edilib:
- Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov
- Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev
- Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev
- Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov
- Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev




