Xəbərlər
Prezident işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adını açıqladı – SİYAHI

Prezident İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adını açıqlayıb.
Azeri Defence saytının məlumatına görə, Prezident İlham Əliyev özünün rəsmi sosial media hesabında deyib:
“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini;
Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini;
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli;
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”




