Prezident: Müharibədən sonra 200-dən çox şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb

Prezident: Müharibədən sonra 200-dən çox şəxs mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb

Ərazilərimizin minalarla çirkləndirilməsi böyük problemlərdən biridir. Müharibə başa çatdıqdan sonra 200-dən çox hərbi və mülki şəxs, əfsuslar olsun ki, mina hadisələri nəticəsində ya həlak olub, ya da ciddi xəsarətlər alıb.

“Poliqon” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Minaların müharibə başa çatdıqdan sonra da ermənilər tərəfindən Azərbaycan ərazilərində yerləşdirildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “Ötən il azərbaycanlı iki jurnalist Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində həlak olub”.

Poliqon.az

CATEGORIES
TAGS