SƏRHƏDXəbərlər

PUA vasitəsilə İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Poliqon”a bildirilib ki, DSX Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazilərində ümumilikdə 22 kiloqram 900 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan pilotsuz uçuş aparatları aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerlərinə baxış zamanı “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 15 kiloqram 400 qram, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində isə 7 kiloqram 500 qram narkotik vasitə götürülüb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Back to top button