Xəbərlər
Qəzənfər Əhmədov: İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlər planı hazırlanır

İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi ilə bağlı tədbirlər planı hazırlanır.
Azeri Defence saytının məlumatına görə, bunu ANAMA-nın direktoru Qəzənfər Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib.
“Həm sülhməramlı, həm hərbçilər, həm də ANAMA-nın minalardan təmizləyəcəyi ərazilər fərqli olacaq. Hazırda bununla bağlı tədbirlər planı hazırlanır ”, – deyə Qəzənfər Əhmədov vurğulayıb.
ANAMA-nın direktoru bildirib ki, humanitar əməliyyatlar zamanı əvvəl xüsusi zirehli texnika, itlər, daha sonra minaaxtaran qrupu ərazidə təmizləmə işləri aparır.




