Xəbərlər
Qarabağa hərbçiləri gətirən avtobus “Harop”la vuruldu

Bu gün səhər saatlarında Ermənistandan Qarabağa döyüşmək üçün gələn könüllüləri daşıyan daha bir avtobus “Harop” kamikadze PUA ilə vurulub.
Azeri Defence saytı bununla bağlı özünün sosial media hesabında məlumat vermişdi.
Sonradan dəqiqləşdirilən məlumata görə, avtobusda 60-a yaxın birinci Qarabağ müharibəsi veteranı olub. Onlardan ağır yaralanmış cəmi bir neçə nəfər sağ qala bilib.
Qeyd edək ki, 2016-cı ilin aprel ayının 4-də də Dövlət Sərhəd Xidməti tərəfindən “Harop” kamikadze PUA ilə Ermənistanın Sisyan rayonundan Ağdərə istiqamətinə döyüş bölgəsinə könüllüləri gətirən avtobus məhv edilmişdi.




