Qazaxıstan COBRA II və ARMA 8×8 zirehli maşınlarını  hərbi paradda nümayiş etdirib

Qazaxıstan COBRA II və ARMA 8×8 zirehli maşınlarını hərbi paradda nümayiş etdirib

Qazaxıstan Silahlı Qüvvələrinin inventarında yer alan “Otokar” şirkətinin istehsalı COBRA II 4×4 zirehli nəqliyyat vasitələri Astana şəhərində Vətən Müdafiəçiləri Günü münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib.

“Poliqon” xəbər verir ki, həmçinin paradda Qazaxıstan Silahlı Qüvvələrinin sınaqlardan uğurla keçən “Otokar” ARMA 8×8 zirehli maşınları da nümayiş olunub.

Uzun müddətdir ki, Qazaxıstan Silahlı Qüvvələri tərəfindən sınaqdan keçirilən COBRA II zirehli maşınları testlər tamamlandıqdan sonra silahlanmaya qəbul edilib. Cari ilin əvvəlində Qazaxıstan Müdafiə Nazirliyi 2024-cü ildə Türkiyənin “Otokar” şirkətindən 45 ədəd COBRA II zirehli maşınının tədarük olunduğunu açıqlayıb.

COBRA II 4×4 taktiki təkərli zirehli nəqliyyat vasitəsi yüksək qoruma və daşıma səviyyəsi, böyük daxili həcmi ilə seçilir. Üstün hərəkət qabiliyyətindən əlavə, komandir və sürücü də daxil olmaqla 10 personalı daşımaq bacarığına malik olan COBRA II ballistik, mina və ƏPQ (əldəqayırma partlayıcı qurğu) təhlükələrinə qarşı üstün mühafizə xüsusiyyəti sayəsində yüksək səviyyəli təhlükəsizlik təklif edir. Ən çətin relyef və iqlim şəraitində yüksək performans təmin edən COBRA II tələb olunan müxtəlif tapşırıqlara mükəmməl şəkildə uyğunlaşır.

Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində xüsusilə üstünlük verilən COBRA II modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, quru müşahidə radarı, KBRN kəşfiyyat vasitəsi, komanda idarəetmə maşını və ambulans kimi xidmət edə bilir.

COBRA II-lərdən əlavə, ARMA 8×8 zirehli nəqliyyat vasitələri də uzun müddət Qazaxıstanda sınaqlardan keçirilib. Bu sınaqlarda ARMA 8×8-lər uğurla keçməyi bacarıb. 2023-cü ilin sentyabr ayında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Batil Toytaris-2023” strateji komanda-qərargah hərbi təlimi çərçivəsində ARMA 8×8 zirehli maşınının su maneələrini keçmək imkanları ilə tanış olub.

ARMA 8×8 müxtəlif missiyalar üçün amfibiya imkanlarına malik döyüşdə sübut edilmiş modul platformadır. ARMA müasir orduların sağ qalma qabiliyyəti, müdafiə səviyyəsi və hərəkətlilik tələblərinə cavab verir. ARMA 8×8 yüksək missiya daşıma bacarığı və geniş interyerləri ilə yanaşı, aşağı silueti ilə də diqqət çəkir. Yüksək ballistik və mina mühafizəsinə malik zirehli monokok gövdə 120 mm-ə qədər fərqli spesifikasiyalarda müxtəlif təyinatlı avadanlıq və silah sistemlərini quraşdırmağa imkan verir. ARMA, piyada döyüş maşını, komanda və idarəetmə, hava hücumundan müdafiə, istehkam, ambulans, təmir-bərpa, dəstək və oxşar missiyalar üçün uyğun platformadır.

495567731 1024171653188327 7046801653408179677 n e1746692875530

CATEGORIES
TAGS