Qazaxıstan sərhədçilərinə yerli istehsal olan sürətli kater verilib

Qazaxıstan Sərhəd Xidməti üçün inşa olunmuş 190 layihəli “Saqım” tipli kater noyabrın 2-də suya endirilib. “AzeriDefence”nin Qazaxıstanın hərbi internet saytlarına istinadən verdiyi məlumata görə, bu sürətli, kiçik gözətçi kateri Uralskda yerləşən “Hidro Cihaz Elmi-Tədqiqat İnstitutu” Səhmdar Cəmiyyətində istehsal edilib.

Katerin su basımı 7 ton, uzunluğu 11 metr, suya oturma məsafəsi 0,7 metr təşkil edir. Dörd heyət üçün nəzərdə tutulmuş katerin sürəti saatda 60 mildir.

CATEGORIES