Qazaxıstanın KPE şirkəti “Alan-2” KBRN maşının sınaqlarını keçirir – FOTO/VİDEO

Qazaxıstanın KPE şirkəti “Alan-2” KBRN maşının sınaqlarını keçirir – FOTO/VİDEO

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkəti “Alan-2” zirehli nəqliyyat vasitəsinin KBRN (kimyəvi, bioloji, radioloji və nüvə) təhlükələrinə qarşı yeni konfiqurasiyasını hazırlayıb.

“Poliqon” xəbər verir ki, “Alan-2” KBRN maşınının hazırda sınaqları keçirilir. Belə ki, KPE İdarə Heyətinin sədri Aibek Baryssov özünün rəsmi sosial media hesabında “Alan-2” zirehli nəqliyyat vasitəsinin KBRN konfiqurasiyasının qarlı qış şəraitində sınaqlarından görüntülər paylaşıb.

Videogörüntüdən məlum olduğu qədər, sınaqları keçirilən “Alan-2” KBRN maşının qapıları üzərində Qazaxıstan Fövqaladə Hallar Nazirliyinin loqosu həkk olunub.

Bu, onu deməyə əsas verir ki, “Alan-2” KBRN maşını Qazaxıstan Fövqaladə Hallar Nazirliyi tərəfindən sifariş edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN/TJN) mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, TJB-nin hərbi hissələrinə yeni “Alan-2” KBRN xüsusi təyinatlı avtomobillər çatdırılıb.

Xüsusi KBRN kəşfiyyat maşınları Fövqəladə Hallar Nazirliyinin Karaqanda və Almatı vilayətlərindəki hərbi hissələrinə təhvil verilib.

TJN-dən verilən məlumata görə, 2024-cü ildə daha iki belə xüsusi təyinatlı avtomobil Fövqəladə Hallar Nazirliyinin ölkənin qərb və şərqində yerləşən hərbi hissələrinin texnika parkına qəbul ediləcək.

KPE şirkətinin baş direktoru Yerbol Səlimov bundan əvvəl, POLİQON jurnalına müsahibəsində “Alan-2” transportyorunun çətin missiyalar üçün yüksək performans və faydalı yükgötürmə qabiliyyəti ilə seçilən zirehli nəqliyyat vasitəsi olduğunu bildirmişdir.

4×4 təkər formuluna malik olan “Alan-2” çoxməqsədli nəqliyyat vasitəsi gülləkeçirməz şüşə və zirehli korpusa malikdir. “Alan-2” hərbi, xüsusi əməliyyatlar, sülhməramlı missiyaları, hüquq-mühafizə və təhlükəsizlik, habelə sərhəd mühafizəsi və fövqəladə hallarda yardım xidmətləri daxil olmaqla, müxtəlif missiyalar üçün nəzərdə tutulub. Yüksək manevr qabiliyyətinə malik olan “Alan-2” zirehli maşını heyətin təhlükəsizliyi üçün yüksək mühafizə təmin edir. Zirehli maşının dizaynı onu müxtəlif əməliyyatlar və tapşırıqlara uyğun konfiqurasiya etməyə imkan verir.

Nəqliyyat vasitəsinin uzunluğu 6200 mm, eni 2550 mm və hündürlüyü 2550 millimetrdir. Üçü ekipaj üzvü olmaqla ümumilikdə 9 personal daşımaq qabiliyyətinə sahib zirehli maşının boş halda kütləsi 9000 kq, döyüş ağırlığı isə 12000 kiloqram təşkil edir. “Alan-2” avtomatik sürətlər qutusu və 285 at gücündəki turbo dizel mühərriklə təchiz edilib ki, bu da ona maksimum 130 km/saat sürətlə hərəkət imkanı verir.

Əlverişsiz, dağlıq və çətin keçilən ərazilərdə rahat hərəkət edə bilməsi üçün difernsial kild ilə təchiz olunan nəqliyyat vasitəsi 500 km məsafə qət etmək bacarığına malikdir. “Alan-2” 5.56×45, 7.62×39 və 12.7×99 mm-lik zireh deşən sursatlara qarşı üstün ballistik müdafiə təmin edir. Həmçinin zirehli döyüş maşını RQD-5, RQ-42, F1 əl qumbaralarına və 500 qram ağırlığa qədər olan TNT partlayışlarına qarşı davamlıdır.

Bundan başqa döyüş maşını yanğın söndürmə, bioloji və kimyəvi mühafizə sistemləri, əlavə güc bloku ilə də təchiz olunub. “Alan-2” müxtəlif döyüş modulları ilə silahlandırıla və istəyə uyğun olaraq həm aktiv, həm də passiv zirehlə təmin edilə bilər.

AKAn KBRN1

ALAN KBRN3

KBRN66

KBRN11

KBRN5

CATEGORIES
TAGS