Qərargah rəisi: Dənizdə axtarışın təşkili və strateji obyektlərə havadan baxışların keçirilməsində helikopter və PUA-lardan istifadə olunur

Qərargah rəisi: Dənizdə axtarışın təşkili və strateji obyektlərə havadan baxışların keçirilməsində helikopter və PUA-lardan istifadə olunur

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili, neft-qaz yataqlarının və boru kəmərlərin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək təxribatlara qarşı çevik reaksiyanın verilməsi, həmçinin dənizdə xilasetmə əməliyyatların aparılması məqsədi ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmiləri Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqədə birgə tədbirlər həyata keçirir.

Bunu Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində dəniz sərhədlərinin mühafizəsində aviasiya qüvvələrinin rolundan danışarkən bildirib.

“Əlavə olaraq, dənizdə axtarışın təşkili, o cümlədən dalğalı hava şəraitində neft-qaz enerji infrastrukturun obyektlərinə havadan baxışların keçirilməsində helikopter və pilotsuz uçuş aparatları tətbiq olunur.

Bu vaxta qədər keçirilmiş birgə uğurlu əməliyyatlar nəticəsində dənizdə qaçaqmalçılıqla məşğul olan üzmə vasitələri saxlanılıb, həmçinin nəzarətdə olan obyektlərin movqeyi dəqiqləşdirilib”, – deyə kontr-admiral Abbas Qiyasov vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS