Qeyri-qanuni erməni silahlı dəstələri Füzuli istiqamətində təxribat törətməyə cəhd göstərib

Qeyri-qanuni erməni silahlı dəstələri Füzuli istiqamətində təxribat törətməyə cəhd göstərib

Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirlyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.

CATEGORIES