Qırğızıstan və Tacikistanın hərbi nümayəndə heyətləri Qazaxıstana gəlib

Qırğızıstan və Tacikistanın hərbi nümayəndə heyətləri Qazaxıstana gəlib

Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov və Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Saidasror Səid Abdullozoda “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün Qazaxıstana gəliblər.

“Poliqon” xəbər verir ki, onları Aktau Beynəlxalq hava limanında Qazaxıstan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov qarşılayıb.

Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində general-leytenant Baktıbek Bekbolotov və general-mayor Saidasror Səid Abdullozoda fəxri qarovulun önündən keçiblər.

Səfər çərçivəsində Qırğızıstan və Tacikistanın nümayəndə heyətləri hərbi obyektlərə və hərbi qulluqçuların yerləşdiyi ərazilərə baxış keçirəcək, eləcə də “Oymaşa” poliqonunda və Tokmak burnunda “Birləşdik-2024” təliminin aktiv mərhələsini izləyəcəklər.

CATEGORIES