“Qış-2021” təlimində tankçılar və topçular hədəfləri tam dəqiqliklə vurub – VİDEO

“Qış-2021” təlimində tankçılar və topçular hədəfləri tam dəqiqliklə vurub – VİDEO

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qars vilayətində keçirilən “Qış-2021” birgə hərbi təlimləri davam edir.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.

““Qış-2021 Türkiyə-Azərbaycan Birləşik Müştərək Tabor Xidmət Gücü Təlimi”ində iştirak edən qəhraman tankçılarımız və topçularımız hədəfləri tam dəqiqliklə məhv edir”, – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilib.

Qeyd edək ki, Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri fevralın 12-dək davam edəcək.

CATEGORIES
TAGS