Xəbərlər
“Qış-2021”də hava hücumu əməliyyatları keçirilib – VİDEO

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qars vilayətində keçirilən “Qış-2021” birgə hərbi təlimlərində hava hücumu əməliyyatları yerinə yetirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.
“Qış-2021” birgə hərbi təlimlərində hava hücumu əməliyyatları çərçivəsində müəyyən edilən şərti hədəflər yüksək dəqiqliklə məhv edilib.
Qeyd edək ki, hava hücumu əməliyyatlarına Türkiyə Silahlı Qüvvələrinin “Atak” helikopterləri cəlb edilib.




