“Rafael” şirkətinin “düşünən” bombaları

“Rafael” şirkətinin “düşünən” bombaları

Müasir döyüş sursatları öz hədəflərini özləri tapır. Bunun əyani sübutu olaraq, İsrailin “Rafael Advanced Defense Systems Ltd. (“Rafael”) şirkəti, süni zəka ilə təchiz olunmuş “SPICE” süzən bombaları xəttini nümayiş etdirib.

“Poliqon” xəbər verir ki bu barədə “Rafael” şirkətinin mətbuat xidməti rəsmi YouTube kanalında videoçarx paylaşıb.

Qeyd edək ki, “SPICE” ailəsi üç növ döyüş sursatından ibarətdir. Onların ən “kiçiyi” 250 funt (113 kq) ağırlığındakı “SPICE 250”, “ortancılı” 1000 funt (453 kq) ağırlığındakı “SPICE 1000” və “böyüyü” 2000 funt (905 kq) ağırlığında olan “SPICE 2000” bombalarıdır. Təqdim olunan videoçarxda dərbəst düşən (süzən) bombaları “ağıllı” hala gətirən dəstlərdən söhbət gedir.

“SPICE” döyüş sursatı ailəsinin əsas xüsusiyyəti, “ağıllı” idarəetmə sistemində süni intellektin mövcudluğu səbəbindən peyk, lazer və obyekt tanıma daxil olmaqla müxtəlif hədəf aşkaretmə metodlarını əhatə etməsidir. Hədəfə doğru süzmə qabiliyyəti sayəsində bu bombalar atılma nöqtəsindən 125 km məsafədəki hədəfləri məhv edə bilir.

Əsas göstəriciləri:

“SPICE 250”: 113 kq (250 funt) ağırlıqlı süzən bomba. Əlavə dəst kimi deyil, 100 km (62 mil) məsafə fəaliyyətli tam bir sistem kimi layihələndirilmişdir.

“SPICE 1000”: MK-83, MPR1000, BLU-110, RAP-1000 və digərləri kimi 450 kq (1000 funt) ağırlığındakı döyüş başlığı üçün əlavə dəst. Silahın məsafəsini 100 km-ə qədər artıran və yüngül qırıcılarla inteqrasiyanı asanlaşdıran JSOW və SDB sistemlərinə bənzər dönən qanadlara malikdir.

“SPICE 2000”: MK-84, BLU-109, RAP-2000 və başqa 900 kq (2000 funt) ağırlığındakı döyüş başlığı üçün əlavə dəst.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS