![Çexiya İsraildən “Spyder” ZRK-ləri təhvil alıb Çexiya İsraildən “Spyder” ZRK-ləri təhvil alıb](https://poliqon.az/wp-content/uploads/2024/07/GS7nmSVWYAAlim6.png)
Çexiya İsraildən “Spyder” ZRK-ləri təhvil alıb
Çexiya Silahlı Qüvvələri İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael” şirkəti tərəfindən istehsal edilən “Spyder” zenit-raket komplekslərinin bir hissəsini təhvil alıb.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, çatdırılma 2021-ci ilin sentyabr ayında Çexiya hökuməti və “Rafael” şirkəti arasında imzalanan 627 milyon ABŞ dolları dəyərindəki müqavilə əsasında həyata keçirilib.
Qeyd edək ki, İsraildən alınan “Spyder” ZRK-lər Çexiya Ordusunun inventarında yer alan köhnəlmiş 2K12 “Kub” hava hücumundan müdafiə sistemlərini əvəzləyəcək.