“Raytheon” ABŞ və müttəfiqləri üçün ESSM Block 2 raketləri istehsal edəcək

“Raytheon” ABŞ və müttəfiqləri üçün ESSM Block 2 raketləri istehsal edəcək

“Raytheon” şirkəti ABŞ və müttəfiqləri üçün ESSM Block 2 raketləri istehsal edəcək.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bunun üçün şirkət və ABŞ Hərbi Dəniz Qüvvələri arasında 525 milyon dollarlıq müqavilə imzalanıb.

Gəmidən buraxılan ESSM Block 2 qısa/orta mənzilli idarə olunan raketdir. ESSM Block 2, sələfi Block 1 ilə müqayisədə artırılmış manevr qabiliyyətinə və təkmilləşdirilmiş performansa sahibdir.

Ən son ESSM variantı müxtəlif döyüş sistemlərinə və buraxıcı qurğulara inteqrasiya oluna bilər. Çətin dəniz şəraitində yüksək performans təklif edən ESSM Block 2 raketi proqram təminatı təkmilləşdirmələri vasitəsilə inkişaf edən təhdidlərlə ayaqlaşmaq üçün əhəmiyyətli rəqəmsal emal imkanına malikdir.

Hazırda ESSM raketləri 12 ölkə – Avstraliya, Belçika, Kanada, Danimarka, Almaniya, Yunanıstan, Hollandiya, Norveç, Portuqaliya, İspaniya, Türkiyə və ABŞ tərəfindən istifadə olunur.

CATEGORIES
TAGS