“Raytheon” İspaniya Silahlı Qüvvələrinə “Patriot” HHM sistemləri tədarük edəcək

“Raytheon” İspaniya Silahlı Qüvvələrinə “Patriot” HHM sistemləri tədarük edəcək

ABŞ-ın “Raytheon” şirkəti İspaniya Silahlı Qüvvələrinə dörd “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi tədarük etmək üçün 1.7 milyard dollar dəyərində xarici hərbi satış müqaviləsi imzalayıb.

“Poliqon” “Raytheon” istinadən xəbər verir ki, müqaviləyə radarlar, buraxılış qurğuları, komanda-idarəetmə stansiyaları və təlim avadanlıqları daxildir.

Qeyd edək ki, “Patriot”, hazırda dünyada uzunmənzilli qanadlı raketlər, taktiki ballistik raketlər və bütün növ hava hədəflərinə qarşı müdafiə apara bilən yeganə döyüş şəraitində sınaqdan keçmiş quru əsaslı hava və raketdən müdafiə sistemidir.

Müasir və yüksək səviyyəli komanda-idarəetmə (C2) sistemi ilə dəstəklənən “Patriot”, dünyanın müxtəlif bölgələrində baş vermiş real münaqişələrdə yüzlərlə inkişaf etmiş hava hədəfini məhv edib və kütləvi, mürəkkəb, çoxdalğalı hava hücumları zamanı öz effektivliyini dəfələrlə sübut edib.

“Patriot” sistemi hazırda 19 ölkənin hava hücumundan müdafiəsinin əsasını təşkil edir və yeni nəsil hava təhdidləri, mürəkkəb və kütləvi hücum ssenariləri qarşısında effektivliyini nümayiş etdirir.

CATEGORIES
TAGS