“Raytheon” şirkəti SM-3 raketləri ilə bağlı iki milyard dollarlıq müqavilə alıb

“Raytheon” şirkəti SM-3 raketləri ilə bağlı iki milyard dollarlıq müqavilə alıb

ABŞ-ın Raketdən Müdafiə Agentliyi (MDA) “Raytheon” şirkətini 2.134 milyard dollar dəyərindəki müqaviləyə layiq görüb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Müqaviləyə əsasən, “Raytheon” şirkəti ABŞ və müttəfiq ölkələrin invetarındakı “Standard Missile-3” (SM-3) tutucu raketlərinə texniki qulluq, mühəndis və digər məhsul dəstək xidmətlərini həyata keçirəcək.

Xatırladaq ki, bundan əvvəl şirkət SM-3 raketlərinə dəstək xidmətlərinin göstərilməsi ilə bağlı Raketdən Müdafiə Agentliyi tərəfindən 1.9 milyard dollarlıq müqavilə alıb.

CATEGORIES