SənayeXəbərlər

“Roketsan” “ASSAN Group”un müdafiə sənayesi aktivlərini satın alıb

Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun keçirdiyi hərracın nəticəsinə əsasən, “Roketsan” şirkəti 471 milyon ABŞ dolları qarşılığında “ASSAN Group” şirkətinin müdafiə sənayesi aktivlərinin yeni sahibi olub.

“Poliqon”un “Anadolu Agentliyi”nə istinadən verdiyi xəbərə görə, “Roketsan” satınalmadan sonra 100 faiz özünəməxsus yeni şirkət yaradaraq həmin istehsal müəssisələrini bu şirkət vasitəsilə idarə edəcək.

Həmçinin mövcud istehsal sahələrinə yeni investisiyalar yatırılacaq, müasir texnologiyalar və infrastruktur köçürüləcək.

Müəssisələrdə Mk seriyalı aviasiya bombaları, 107 mm və 122 mm raketlər, GPS və digər tuşlama texnologiyaları, 155 mm idarəolunan haubitsa sursatları, eləcə də kimyəvi partlayıcı maddələr istehsal ediləcək.

“Roketsan” son dövrdə geniş diqqət çəkən TAYFUN da daxil olmaqla, şirkətin bütün ballistik raketlərinin döyüş başlıqlarının istehsalını da bu müəssisələrdə davam etdirəcək.

Şirkətin həyata keçirəcəyi yeni investisiyalar sayəsində mövcud istehsal və texnoloji imkanlar əhəmiyyətli dərəcədə artırılacaq. Bununla yanaşı, müəssisələrin məşğulluğa verdiyi töhfənin də genişlənməsi gözlənilir.

Bütün bu fəaliyyətlər nəticəsində yaradılacaq yeni şirkətin qısa müddətdə Türkiyənin müdafiə sənayesinə mühüm töhfə verməsi və beynəlxalq bazarlarda da öz sözünü deməsi hədəflənir.

Back to top button