ROKETSAN “Atmaca” raketinin seriyalı istehsalına başlayıb

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlar hesabına yaradılan “Atmaca” gəmi əleyhinə raketin seriyalı istehsalı başlayıb.
“Azeri Defence”nin məlumatına görə, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.
““Atmaca” raketinin seriyalı istehsalına başlanılıb. 2021-ci ildən etibarən “Atmaca” layihəsində çatdırılma fəaliyyətlərinə başlanılması planlaşdırılır”, – deyə Vitse-prezident vurğulayıb.
Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mühərriklə təchiz edilib. Raketin atış uzaqlığı 200+ km, çəkisi 800 kq-dır. Raketin avtomatik tuşlanan başlığını və radiolokasiya sistemini ASELSAN şirkəti hazırlayıb.
“Atmaca”nın Türkiyə Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan Amerikanın “Harpoon” raketini əvəz edəcəyi planlaşıdırılıb.




