“Roketsan” ilk dəfə “Burç” mobil HHM sistemini təqdim edib
Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2023 sərgisində “Roketsan” şirkəti ilk dəfə “Burç” mobil hava hücumundan müdafiə (HHM) sistemini təqdim edib.
“Poliqon” xəbər verir ki, quruluşuna görə döyüş moduluna bənzəyən “Burç” mobil HHM sistemi “Roketsan”ın “Sungur” raketi və 20 mm-lik avtomatik topla silahlandırılıb.
Sərgidə “Burç” mobil HHM sistemi FNSS istehsalı “Pars İZCİ 8×8” zirehli nəqliyyat vasitəsi üzərinə inteqrasiya edilərək nümayiş olunub.
Bundan başqa, şirkətin yeni hazırladığı daha uzun mənzilli UMTAS-GM tank əleyhinə raketi də IDEF-2023 sərgisində ilk dəfə təqdim edilib.