ROKETSAN-ın CİRİT raketi zirehli pikap üzərinə inteqrasiya olunub

ROKETSAN-ın CİRİT raketi zirehli pikap üzərinə inteqrasiya olunub

Türkiyənin ROKETSAN şirkəti CİRİT lazer başlıqlı idarə olunan raket sistemini və onunla birlikdə bir sıra sistemləri zirehli pikap maşınının üzərinə inteqrasiya edib.

“Poliqon” “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinin istifadəsinə təqdim edilən CİRİT raketi ilə silahlandırılan zirehli pikap maşınları xüsusi tapşırıqların yerinə yetirilməsi üçün hazırlanıb.

Pikap üzərinə inteqrasiya edilən silah sisteminin tərkibinə daxildir:

  • Atışa hazır 4 ədəd CİRİT raketi;
  • Həm kəşfiyyat-müşahidə, həm də CİRİT raketinin lazer işarələmə ehtiyacları üçün lazım olan ASELSAN şirkətinin KARAKURT elektro-optik sensor sistemi;
  • Elektron müharibəyə qarşı Anti-Jam GNSS sistemi və qabaqcıl istifadəçi konsolları.

70 mm çaplı CİRİT raketləri quru, dəniz və hava platformalarında istifadə edilə bilər. Raket düşmənin canlı qüvvəsinin, habelə yüngül zirehli və zirehsiz avtomobillərin zərərsizləşdirilməsi üçün nəzərdə tututlub. 1.9 metr uzunluğunda olan CİRİT raketinin ümumi çəkisi 15 kiloqramdır. Türkiyə Ordusunun “Kaplan” zirehli döyüş maşınlarına və T-129 ATAK helikopterlərinə inteqrasiya edilən CİRİT raketi ölkənin cənubunda terrorçulara qarşı keçirilən əməliyyatlarda effektiv şəkildə istifadə olunur.

ASELSAN tərəfindən hazırlanan KARAKURT elektro-optik sensor sistemi həm gündüz, həm də termal kameralara malikdir. O, bunun sayəsində gecə-gündüz şəraitində fasiləsiz işləyə bilir. Lazerlə hədəf işarələmə qabiliyyətinə malik olan və 20 kilometrlik lazer məsafə ölçəni ilə edilən KARAKURT avtomatik şəkildə hədəf və obyekt izləmə işini həyata keçirir.

CATEGORIES
TAGS