ROKETSAN və “Mesko” birgə istehsala dair müqavilə imzalayıb

Türkiyənin ROKETSAN şirkəti ilə Polşanın “Mesko” firması arasında 2.75” lazer başlıqlı CİRİT, UMTAS uzun mənzilli tank əleyhinə raket, “Təbər” lazer başlıqlı kit, Hava Hücumundan Müdafiə Raketi və digər həssas silah sistemlərinin istehsalına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”yə ROKETSAN şirkətindən məlumat verilib.

ROKETSAN İdarə Heyəti sədrinin müavini Ərgüdər Toptaş və “Mesko” İdarə Heyətinin sədri Vlademar Skroun tərəfindən imzalanan müqavilə çərçivəsində şirkətlər həm də texnik və idarə məsələləri ilə bağlı informasiya mübadiləsi edəcəklər.

Ə Toptaş bildirib ki, 2.75” lazer başlıqlı CİRİT, UMTAS uzun mənzilli tank əleyhinə raket, “Təbər” lazer başlıqlı kit, Hava Hücumundan Müdafiə Raketi və digər həssas silah kimi mühüm raket sistemlərinin ortaq istehsalına və yeni texnologiyaların yaradılmasına yönəlmiş əməkdaşlıq imkanları dəyərləndiriləcək. Bu addım firmalar arasında gələcəkdə daha geniş iş ortaqlıqlarına yol açacaq.

 

CATEGORIES
TAGS