“Roketsan”ın İHA-230 raketi ilk ixrac uğuruna imza atıb

“Roketsan”ın İHA-230 raketi ilk ixrac uğuruna imza atıb

Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan İHA-230 (TRG-230-İHA) raketi ilk ixrac uğuruna imza atıb.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, tədarük olunacaq İHA-230 raketləri adı açıqlanmayan müştərinin “Akıncı” pilotsuz uçuş aparatları tərəfindən istifadə ediləcək.

“Roketsan” şirkətinin hazırladığı İHA-230, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG-230 “yer-yer” tipli raketin aviasiya vasitələrindən istifadə edilməsi üçün hazırlanan versiyasıdır. İHA-230 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.

Şirkətin verdiyi məlumata görə, buraxıldığı sürət və yüksəklikdən asılı olaraq raketin maksimum uçuş mənzili 150 km təşkil edir. Bununla bərabər raket 20 kilometrə qədər məsafədə ani aşkarlanan hədəfləri də vurmaq imkanına sahibdir. Qəlpəli döyüş başlığına malik olan İHA-230 raketini verilən tapşırığa uyğun şəkildə müxtəlif döyüş başlıqları ilə təchiz etmək mümkündür.

Qeyd edək ki, “Roketsan” bu raketi 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırmağı hədəfləyir.

CATEGORIES
TAGS