“Rosoboroneksport” hərbi məhsullarını Belqradda sərgiləyir

“Rosoboroneksport” hərbi məhsullarını Belqradda sərgiləyir

Rusiyanın “Rosoboroneksport” şirkəti (“Rostex” Dövlət Korporasiyasının bir hissəsi) 25-28 sentyabr 2023-cü il tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən “Partner-2023” Beynəlxalq Silah və Hərbi Texnika Sərgisində özünün müasir məhsullarını nümayiş etdirir.

“Poliqon” “Rosoboroneksport”a istinadən xəbər verir ki, sərgidə ziyarətçilərə və rəsmi nümayəndə heyətlərinə müxtəlif tipli quru, hava və dəniz platformaları təqdim olunur.

Zirehli texnikalar: T-90S və T-90MS tankları; BMPT atəş dəstəyi maşını.

Raket və artilleriya sistemləri: TOS-1A ağır odatan sistem; “Tornado-S” (9K515) yaylım atəşli reaktiv sistem (YARS); 155 mm-lik modernləşdirilmiş “Msta-S” özüyeriyən artilleriya qurğusu (ÖAQ); “Kornet-E” və “Kornet-EM” tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksləri;

Atıcı silahlar: AK-19 və AK-308 avtomatları; PPK-20 tapança-pulemyotu; “Kord” 6P68 və 6P67 avtomatları.

Hava platformaları: Su-35, Su-30SME və MiQ-35 döyüş təyyarələri; Yak-130 təlim/döyüş təyyarəsi; İl-76MD-90A(E) hərbi nəqliyyat təyyarəsi; İl-78MK-90A tanker təyyarəsi; Ka-52E kəşfiyyat-hücum helikopteri; Mi-17 hərbi nəqliyyat helikopteri; Mi-35M döyüş-nəqliyyat helikopteri; “Orion-E”, “Orlan-10E” və “Orlan-30” PUA-ları.

Hava hücumundan müdafiə (HM) sistemləri: “Vikinq”, “Buk-M2E” və “Tor-M2KM” zenit-raket kompleksləri (ZRK); “Pantsir-S1” zenit raket-top kompleksi (ZRTK); “Verba” və “İqla-S” daşınan zenit-raket kompleksləri (DZRK).

Dəniz platformaları: BK-10 yüksəksürətli hücum kateri; BK-16 sürətli nəqliyyat və desant çıxarma kateri.

Bundan başqa, “Rosoboroneksport” sərgidə elektron müharibə, antidron və digər müasir silah sistemlərini də nümayiş etdirir.

CATEGORIES
TAGS