Rosqvardiya silahlanmaya yeni “Lebedev” tapançalarını qəbul edib

Rosqvardiya silahlanmaya yeni “Lebedev” tapançalarını qəbul edib

Rusiyanın “Kalaşnikov” Konserni tərəfindən hazırlanan yeni “Lebedev” tapançasının MPL və MPL1 modifikasiyaları Rosqvardiya tərəfindən silahlanmaya qəbul edilib.

“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” şirkətinin baş direktoru Dmitri Tasarov bildirib.

Dmitri Tasarov qeyd edib ki, MPL və MPL1 tapançalarının əsas üstün cəhəti onların erqonomikası ilə balansındadır.
Belə ki, tapança dəstəyinin forması və bucağı, silahın rahat şəkildə əldə tutulmasını təmir edir. Eləcə də, idarəetmənin iki tərəfli dizayna malik olması, silahdan sağ və sol əl ilə effektiv atəş açma imkanı verir.

Xüsusi əməliyyatlar üçün nəzərdə tutulan MPL və MPL1 tapançaları 7N21 patronlar da daxil olmaqla 9×19 mm-lik sursatlardan istifadə edir. Eyni zamanda hər iki tapançanın quruluşu onlara müxtəlif lazer tuşlayıcıların və fənərlərin inteqrasiyasına şərait yaradır.

MPL və MPL1 tapançalarının hər ikisi 16 ədəd patron tutumuna malikdir.

MPL

Poliqon.az

CATEGORIES
TAGS