
ABŞ lazer tuşlamalı dəstlərin Səudiyyə Ərəbistanına satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti 100 milyon dollar dəyərindəki APKWS-II (Advanced Precision Kill Weapon Systems II) lazer tuşlamalı dəstlərin Səudiyyə Ərəbistanına satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 2000 ədəd APKWS-II lazer tuşlamalı dəstin satın alınması, habelə onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi də daxildir.
Sözügedən sifarişin baş podratçısı Böyük Britaniya mərkəzli “BAE Systems” şirkətinin ABŞ-da fəaliyyat göstərən törəməsi və APKWS dəstlərinin istehsalçısı “BAE Systems Inc” (əvvəlki adı “BAE Systems North America”) olacaq.