“Hürjet” təlim təyyarəsi yüksək performanslı manevrlər yerinə yetirib – VİDEO

“Hürjet” təlim təyyarəsi yüksək performanslı manevrlər yerinə yetirib – VİDEO

Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Hürjet” təlim təyyarəsinin növbəti uçuş sınağı həyata keçirilib.

“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, sınaq zamanı 7.2 G qüvvəsinə məruz qalan təlim təyyarəsi yüksək performanslı manevrlər yerinə yetirib.

Qeyd edək ki, “Hürjet”, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.

CATEGORIES
TAGS