HavaXəbərlər

“Rostex” 2026-cı ildə PUA-lardan müdafiənin əsas trendini açıqlayıb

Rusiyanın “Rostex” Dövlət Korporasiyası 2026-cı ildə pilotsuz uçuş aparatları (PUA) təhlükəsinə qarşı mübarizənin əsas trendini açıqlayıb.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, bu barədə korporasiyanın tərkibinə daxil olan “Roselektronika” holdinqinin eksperti Natalya Kotlyar “Arktika – Regionlar” forumunda danışıb.

O bildirib ki, əsas istiqamət müəssisələr, şəhər hakimiyyətləri və güc strukturları arasında vahid inteqrasiya konturlarının yaradılmasıdır. Bu çərçivədə PUA-ların aşkarlanması və basdırılması sistemlərinin ümumi situasiya mərkəzlərində birləşdirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, müasir PUA təhdidlərinin müxtəlifliyi vahid müdafiə vasitəsindən istifadəni mümkünsüz edir: “Fiber-optik kabellə idarə olunan PUA-lara qarşı heç bir basdırıcı sistem işləmir, heç bir radar isə bütün dron növlərini görə bilmir. Cavab isə eşelonlaşdırılmış müdafiədir: passiv radiolokasiya, radioelektron mübarizə, kinetik məhvetmə və intellektual idarəetmə sistemi”.

Ekspert vurğulayıb ki, PUA-lardan gələn təhlükələrin modeli də dəyişir və hazırda koordinasiyalı hücumlarda müxtəlif dron sürülərindən istifadə olunur. Belə hücumlar zamanı bəzi PUA-lar diqqəti yayındırır, digər qruplar isə əsas zərbəni endirir.

Back to top button