Müdafiə
Rusiya Abxaziyaya yeni “BTR”lər göndərdi

Rusiya Abxaziyadakı hərbi bazasına 25 ədəd modernləşdirilmiş “BTR-82A” zirehli transportyor verib.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətindən açıqlama verilib.
Məlumatda o da bildirilib ki, “BTR-82A” hazırda Rusiya Silahlı Qüvvələrnin istifadəsində olan “BTR-80”nin modernləşdirilmiş variantıdır.
“BTR-82A”nı özündən əvvəlki zirehli transportyorlardan fərqləndirən cəhətlərdən ən əsası isə onun daha güclü mühərriklə təmin olunması və zireh səthinin möhkəmləndirilməsidir.
Silah arsenalı isə əvvəlkilərindən o qədər də fərqlənmir.



