Müdafiə
Rusiya Azərbaycana BTR-80A transportyorlarını təklif etməyə hazırlaşır

Rusiya Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə BTR-80A modernləşdirilmiş zirehli transportyorlarını təqdim etməyə hazırlaşır.
“AzeriDefence”nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Burevestnik” Elmi Tədqiqat İnstitunun direktoru Georgi Zakamennıx bildirib.
“Armiya-2015” forumunda jurnalistlərin suallarını cavablandıran müəssisə rəhbərinin sözlərinə görə, BTR-80A Banqladeş, Əlcəzair, Türkmənistan və Azərbaycana təqdim olunacaq.
Forumda müasirləşdirilmiş BTR-80A ilk dəfə 57 mm-lik topa malik döyüş distans döyüş modulu ilə nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan Rusiyadan BTR-80 zirehli transportyorlarının ilk partiyaısını bir neçə il öncə satın alıb.



