Müdafiə
Rusiya Ermənistandakı bazasına yeni texnikalar yerləşdirib

Rusiya Ermənistandakı hərbi kontingentinin silahlanmasına yeni texnikalar daxil edib.
Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Cari il ərzində Gümrüdə yerləşən 102-ci bazanın inventarına KamAZ avtomobillərinin bazasında yerləşdirilmiş “Auriqa-1.2V” və R-149-L1 rabitə kompleksləri verilib.
Bundan başqa, bazanın inventarına son 7-8 ay ərzində 100-dən artıq KamAZ “Mustanq”, habelə yeni “Ural” avtomobili daxil olub.



